P.Qasli cərimələnib

Alpine komandasının sürücüsü Pyer Qasli sıralanma turunda Maks Ferstappen və Karlos Saynsı əngəllədiyi üçün yarışın startında 6 yer itirəcək.

F-1.az xatırladır ki, fransalı sürücü Barselonadakı sıralanma turunda 4-cü olmuşdu və bu cəzadan sonra yarışa 10-cu yerdən başlayacaq.

Qeyd edək ki, Qasli iki fərqli insidentə görə Stüardların otağına çağırılıb: Birincisi sıralanma turunin ilk sessiyasında 13-cü döngədə Karlos Saynsı əngəllədiyi üçün, ikincisi yenə ilk sesssiyada Maks Ferstappenin önündən çəkilmədiyi üçün…

Hər iki insidentdə də stüardlar Qaslidə günah görüblər və hər birinə startda üç yer itirmək cəzası veriblər.

Beləliklə Lyuis Həmilton, Ləns Stroll, Esteban Okon, Niko Hülkenberq və Fernando Alonso startda bir pillə irəliyəcəklər.

Bu insidentdən başqa komanda yoldaşı Həmiltonla təmas yaşayan Corc Rassellə xəbərdarlıq cəzası verilib.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*