O.Safnauer: Üçlüyə yaxınlaşmalıyıq

Alpine komandasının rəhbəri Otmar Safnauer komandanın gələnilki hədəflərindən danışıb və ilk üçlüyə yaxınlaşmağa fokuslandıqlarını bildirib.

F-1.az xatırladır ki, fransız komanda geridə qoyduğumuz mövsümü 173 xalla dördüncü yerdə tamamlamışdı.

Otmar Safnauer: “Çempionluğa bir addım daha yaxınlaşmalıyıq. 100 yarışda nail olmaq istədiyimiz budur – indi buna 80-dən az yarışımız qalıb. Biz dördüncü yeri tutduq və ən yaxın izləyicimizi 14 xal qabaqladıq. Bu kifayət deyil, gələn il ilk üçlüyə yaxınlaşmaq istəyirik.

Mühəndislər kubokunda indiki mövqeyimizi qoruyub saxlasaq belə, beşincidən çox üçüncüyə yaxın olmalıyıq. Bu baxımdan irəliləyiş əldə etmək lazımdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*