Otmar Safnauer: “Mənə mübarizə ruhu çatmır, yollardakı həyat və bəzi digər məqamlar çatmır. Amma Formula1-ə qayıdacağamsa, bu yalnız uyğun səviyyədə və komandaya həqiqətən kömək edə biləcəyim halda olacaq.
Mən artıq komanda rəhbəri olmaq istəmirəm. Birincisi, bunu artıq etmişəm, ikincisi isə bu günlərdə komanda rəhbərləri getdikcə daha çox mühəndislərdən seçilir. Bütün hörmətimlə, bu mühəndislərin bəziləri – hamısı yox – məncə, uğurlu rəhbər üçün vacib olan bacarıqlara malik deyil.
Aston Martin-də mən həm baş icraçı direktor, həm də komanda rəhbəri idim. Martin Uitmarş şirkətlər qrupunun baş icraçı direktoru kimi gəldi, bir neçə həftə sonra isə mənim öhdəliklərimin böyük hissəsini – təxminən 80%-ni – öz üzərinə götürdü və mənə dedi: “Sən trasda qalan bu 20%-lə məşğul ola bilərsən”. Onda öz-özümə düşündüm: “İki ata olmaz”.





