Komanda adlarının təkamülü

Gələn ilin ilk günündən dörd komanda rəsmi adını dəyişəcək, onlarda ikisi hazırladıqları şassinin adını dəyişəcək – bunun üçün Formula1-in xüsusi […]

Gələn ilin ilk günündən dörd komanda rəsmi adını dəyişəcək, onlarda ikisi hazırladıqları şassinin adını dəyişəcək – bunun üçün Formula1-in xüsusi komissiyasının icazəsi alınıb, iki komanda isə yalnız adını dəyişəcək – bunun üçün sadəcə FİA-nı xəbərdar etmək kifayətdir.

Arxada qalan mövsümün gedişində iki komanda adını dəqiqləşdirib – Scuderia Ferrari Marlboro tütün brendindən mərhum olub, Force İndia isə titul sponsorunun adını artırıb – Sahara Force İndia.

Lotus Renault GP komandası gələn ildən komanda və şassinin adını Lotus-a dəyişəcək, Team Lotus komandası isə komanda və şassinin adını Caterham-a dəyişəcəklər. Daha iki komanda isə adlarına düzəliş edəcək – Marussia Virgin Racing gələn ildən sadəcə Marussia Racing, Mercedes GP Petronas F1 Team isə Mercedes AMG Petronas Formula1 Team adlanacaqlar.

Formula1-də uzunmüddətli çıxışları tarixində yalnız iki komanda – Ferrari və McLaren bu günə qədər adını dəyişməyib…

Cari komandaların adlarının təkamülü:

1. Red Bull: Stewart GP – Jaguar – Red Bull
2. McLaren: McLaren
3. Ferrari: Ferrari
4. Mercedes GP: Matra – Tyrrell – BAR – Honda – Brawn GP – Mercedes GP
5. Lotus: Toleman – Benetton – Renault – Lotus Renault GP – Lotus
6. Sahara Force İndia: Jordan – Midland – Spyker – Force İndia – Sahara Force İndia
7. Sauber: Sauber – BMW Sauber – Sauber
8. Toro Rosso: Minardi – Toro Rosso
9. Williams: Frank Williams – Albilad-Saudia – Williams
10. Caterham: Lotus – Team Lotus – Caterham
11. HRT (Hispania): HRT (Hispania)
12. Marussia: Virgin – Marussia Virgin – Marussia

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*