M.Ferstappen: Həmiltonla yola gedirik

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Həmiltonla yaxşı yola gedir.

F-1.az xatırladır ki, britaniyalı sürücü keçən mövsüm yeddinci titulunu bayram edib və Mixael Şumaxerin rekorduna şərik olub.

Maks Ferstappen: “O, yaxşı oğlandır. Hamının Formula1-dən başqa şəxsi həyatı var, amma onunla həmişə deyib-gülürük. Yaxşı yola gedirik.

Lyuis ən yaxşı sürücülərdən biridir. Əksər sürücülər o maşınla yarış qazanar, amma bu, Lyuisin uğurlarına kölgə salmamalıdır. Türkiyə yarışı buna misal idi. Çətin şərait idi, lakin səhv etmədən yarışı qazandı. Valtteri Bottasın nəticəsinə baxanda ən yaxşı sürücü ilə yaxşı sürücü arasındakı fərqi görürsünüz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*