K.Horner Ferrari-yə keçməsini istisna edib

Ferrari komandasının rəhbərliyi və azarkeşləri cari mövsümə böyük ümidlər bəsləyirdilər, komandada ciddi kadr dəyişiklikləri edilmişdi, mühəndislər yeni maşının hazırlanmasında inqilabi […]

Ferrari komandasının rəhbərliyi və azarkeşləri cari mövsümə böyük ümidlər bəsləyirdilər, komandada ciddi kadr dəyişiklikləri edilmişdi, mühəndislər yeni maşının hazırlanmasında inqilabi yanaşmadan danışırdılar, amma Skuderiya növbəti dəfə mövsümə uğursuz başlayıb.

Mövsümöncəsi testlərin sonunda komandanın texniki direktoru Pət Fray etiraf etmişdi ki, Mucelloda may testlərində qədər maşını təkmilləşdirmək çətin olacaq və İtaliya mətbuatında dərhal şayiələr peyda olub, Stefano Domenikalinin Ferrari-də son günləridir və onu, məsələn, Kristian Horner əvəz edə bilər.

Jurnalistlər Hornerdən məsələyə şərh verməsini xahiş ediblər…

Kristian Horner: “Ferrari – dahi komandadır, amma yaxın gələcəkdə mən tamamilə Red Bull-a sadiqəm. Diter Mateşiç 31 yaşında mənə Formula1 komandasını etibar etmişdi, mənim Ferrari-yə keçmək istəmirəm. Mən cari işimdən çox razıyam və bu komandamla uzunmüddətli müqaviləm var.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*