N.Haydfeld GPDA-ə sədrlik etməyə hazırdır

Avstraliya Qran Prisi günlərində sürücülər özlərinin həmkarlar ittifaqının (GPDA) sədri vəzifəsinə Nik Haydfeldi seçiblər. Alman sürücü bu postda Pedro de […]

Avstraliya Qran Prisi günlərində sürücülər özlərinin həmkarlar ittifaqının (GPDA) sədri vəzifəsinə Nik Haydfeldi seçiblər. Alman sürücü bu postda Pedro de la Rosa əvəz edib – amma sələfinin tutduğu yolu dəyişmək fikrində deyil.

Nik Haydfeld: “İndi mənim boş vaxtım əsas sürücülərə nisbətən daha çoxdur, ona görə də mən sevinclə bu vəzifəni tutdum. Son illərdə GPDA böyük işlər görüb – məsələn, testlərdə təhlükəsizlik artıb. Mən işimi bu istiqamətdə davam etdirəcəm.”

De la Rosa da sürücülərin təşkilatına məhz Nikin başçılıq etməsindən çox razı qalıb…

Pedro de la Rosa: “Hamı qazılaşdı ki, Nik bu vəzifəyə layiq ideal namizəddir. Nikin böyük təcrübəsi var, yarış uik-endlərinin gedişində isə onun çoxlu boş vaxtı olacaq. Mən isə bu işində ona bacardığım köməyi edəcəm.

Mən hesab edirəm ki, GPDA indi böyük nüfuza malikdir və çempionata gəlmiş yeni sürücülər indi böyük həvəslə bizim təşkilata üzv olurlar. Biz indi çox güclüyük. Mən bizi dəstəkləyən yeni sürücülərə təşəkkür edirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*