Sauber-in sponsoru kim olacaq?

Çin Qran Prisi günlərində Sauber maşınlarının motor qapağı üzərində gələcək titul sponsorunun loqotipi yerində “Out of the blue” yazısı peyda […]

Çin Qran Prisi günlərində Sauber maşınlarının motor qapağı üzərində gələcək titul sponsorunun loqotipi yerində “Out of the blue” yazısı peyda olmuşdu, paddokda bundan sonra şayiələr yayılıb ki, şirkətin adı İspaniya Qran Prisinə qədər elan olunacaq, amma Bəhreyndə müzakirələr davam edib…

Bir çoxları hesab edirlər ki, Sauber-in yeni sponsoru hansısa böyük Meksika şirkəti olacaq – Serxio Peresin son uğurları belə hesab etməyə əsas verir, amma Meksika bazarınd ahansısa brendini yaymağa çalışan Avropa şirkəti də bu yeri tuta bilər.

Almaniyanın Auto Motor und Sport jurnalı yazır ki, komandanın titul sponsoru Williams komandasını tərk etmiş AT&T şirkəti ola bilər. Başqa bir şayiəyə görə, Roman Abromoviç komandaya və ümumən Formula1-ə böyük maraq göstərir. Deyəsən, rusiyalı milyarder Diter Mateşiçin yolunu seçmək fikrindədir, sponsorluqla başlayaraq, sonra yavaş-yavaş komandanın səhmlərini alacaq. Ona görə də son şayiələrə görə, Barselonada Sauber maşınlarının üzərində “Çelsi” futbol klubunun loqotipləri peyda ola bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*