Bəhreyn Qran Prisinin təşkilatçıları hazırda sağ olan Formula1 çempionlarının hamısını Qran Pri çərçivəsində keçiriləcək və çempionatın 60 illik yubiliyeniə həsr olunmuş təntənəli mərasimə dəvət ediblər…
Formula1-in ilk Qran Prisi 1950-ci il mayın 13-də Silverstounda keçirilib, ona görə də yubiley İspaniya və Monako Qran Prilərinin arasına təsadüf edir, amma 61-ci çempionatın ilk yarışı Bəhreyndə keçiriləcək və təşkilatçılar iyirmi çempionun iştirakı ilə maraqlı tədbir keçirməyi qərara alıblar.
Avtodromun icraçı direktoru Martin Uitaker: “Formula1-i sevən və uzun illər çempionatı izləyən əsil azarkeşləri həqiqətən maraqlı tədbir gözləyir.”
Təşkilatçılar komanda və şəxsi kolleksionerlərlə çempion maşınların da Bəhreynə gətirilməsi üzrə danışıqlar aparırlar…