Avstriya-2018: Birinci sərbəst yürüşlər

Bu günə olan hava proqnozları yağış vəd etdiyindən sürücülər tras quru ikən təkərlərin səmərəliliyini yoxlamaq və sazlanmaları tapmaq üçün trasa tələsiblər. Şənbə və bazar günlərinin yağıntısız keçəcəyi gözlənilir.

F-1.az bildirir ki, yalnız Williams ehtiyat sürücünün köməyindən istifadə edib – Sergey Sirotkinin əvəzinə sükan arxasına Robert Kubitsa keçib. Fransadakı yarışdan cəmi bir həftə keçməsinə baxmayaraq, komandalar bura çox sayda yeniliklər gətiriblər. Ən böyük yeniliklər paketi Mercedes-in olub. Çempion komanda bir çox aerodinamik həllər gətirib və sessiya boyunca sürücülər müxtəlif variantları yoxlayaraq müqayisələr aparıblar.

Sessiya boyunca ciddi insident baş verməyib. Ferstappen yerində fırlanıb. Porebriklər Vandornun maşınının ön qanadını zədələyiblər, beşçikalı sürücü boksa qayıdıb. Maqnussenin maşınının arxa sağ təkəri deşilib və sessiya onun üçün başa çatıb.

Qısa Red Bull Rinq trasında nəticələr sıx olub. Protokollara Lyuis Həmilton başçılıq edib – 1:04.839

Məşqlər nahardan sonra davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:04.839 39
2 77 Valtteri Bottas Mercedes AMG 1:04.966 + 0:00.127 39
3 33 Maks Ferstappen Red Bull 1:05.072 + 0:00.233 42
4 5 Sebastyan Fettel Ferrari 1:05.180 + 0:00.341 29
5 3 Daniel Rikkardo Red Bull 1:05.483 + 0:00.644 22
6 7 Kimi Rəykkönen Ferrari 1:05.776 + 0:00.937 31
7 8 Roman Qrojan Haas 1:06.028 + 0:01.189 31
8 31 Esteban Okon Force İndia 1:06.055 + 0:01.216 40
9 16 Şarl Lekler Sauber 1:06.215 + 0:01.376 31
10 10 Pyer Qasli Toro Rosso 1:06.394 + 0:01.555 36
11 9 Markus Eriksson Sauber 1:06.400 + 0:01.561 32
12 20 Kevin Maqnussen Haas 1:06.404 + 0:01.565 23
13 55 Karlis Sayns Renault 1:06.427 + 0:01.588 29
14 11 Serxio Peres Force İndia 1:06.455 + 0:01.616 42
15 27 Niko Hülkenberq Renault 1:06.479 + 0:01.640 35
16 18 Ləns Stroll Williams 1:06.567 + 0:01.728 32
17 14 Fernando Alonso McLaren 1:06.612 + 0:01.773 30
18 2 Stoffel Vandorn McLaren 1:06.698 + 0:01.859 30
19 27 Brendon Hartli Toro Rosso 1:06.871 + 0:02.032 45
20 40 Robert Kubitsa Williams 1:07.424 + 0:02.585 38
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*