Avstriya-2021: Sıralanma turu

Burada sıralanma turu çox da intriqa vəd etmir. Keçən həftə asanlıqla poulu qazanan Ferstappen yarışda qalib gəlməkdə də heç bir çətinlik çəkməmişdi. Pirelli bu dəfə fərqli tərkiblər gətirərək yarışa rəng qatmağa çalışıb.

Pirelli bir həftə əvvəl bura orta üçlüyü gətirmişdisə, bu dəfə ən yumşaq tərkiblərə – C3, C4 və C5 təkərlərə müraciət edilib.

F-1.az xatırladır ki, dünən baş tutan ilk məşqlərlə yanaşı, bugünkü məşqlərdə də ən sürətli Maks Ferstappen olub. İkinci sərbəst yürüşlərdə isə Lyuis Həmilton protokollara başçılıq edib.

İlk Sessiyada AlphaTauri və Aston Martin sürücüləri Medium, digərləri isə Soft təkərlərlə mübarizəyə başlayıblar. Trasda sıxlıq olub, sərbəst yürüşlərdə olduğu kimi, burada da 9 və 10-cu döngələrdə asfaltdan tam çıxmaya görə nəticələr ləğv edilib. Sakit keçən sessiyada Ferstappen fərqlənib – 1:04.249. Mazepin, Şumaxer, Latifi, Okn və Rəykkönen mübarizəni dayandırıblar.

İkinci Sessiyada Mercedes, Ferrari, Mclaren sürücüləri və Ferstappen orta, qalanları yumşaq təkəri seçiblər. Nəticələr çox yaxın olub. İkinci cəhddə bir çox sürücü Medium təkərlərə keçib. Fettel Alonsonun sürətlig dövrəsinə mane olub. Buna görə Sebastyana startda 3 yer itirməklə yanaşə, 1 cərimə balı verilib. Ferstappen 1:03.927-lik nəticə ilə yenə də ən sürətli olub. Covinatsi, Alonso, Rikkardo, Lekler və Saynsın mübarizəni dayandırdığı mərhələrə Rassel son sessiyaya yüksəlməyi bacarıb.

Son sessiyada hamı Soft təkərləri seçib. Rassell ilk cəhdinə çıxmayıb. Maks ilk cəhdində 1:03.720-lik nəticə göstərib. Nidelandlı pilot ikinci cəhdində bunu yaxşılaşdıra bilməyib, lakin Norris möhtəşəm dövrə vuraraq ona minimal fərqlə uduzub.

Beləliklə, Maks Ferstappen mövsümdə ardıcıl 3-cü, mövsümdə 4-cü, karyerasında isə 7-ci poulunu əldə edib. Sabahkı yarışa onun yanından Lando Norris başlayacaq ki, bu, Mclaren komandası üçün 2012-ci ildəki Braziliya Qran Prisindən bəri ilkdir.

2017-ci ildə baş tutan Sinqapur Qran Prisindən bəri ilk dəfə Mercedes sürücülərindən heç kim ilk cərgədə olmayacaq. Peres və Həmilton ikinci, Bottas və Qasli isə üçüncü cərgədən yarışa başlayacaqlar…

 

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 33 Maks Ferstappen Red Bull 1 1:04.249 3 1 1:03.927 6 1:03.720 7
2 4 Lando Norris McLaren 2 1:04.345 6 5 1:04.415 6 1:03.768 7
3 11 Serxio Peres Red Bull 8 1:04.833 8 6 1:04.483 9 1:03.990 7
4 44 Lyuis Həmilton Mercedes AMG 4 1:04.506 6 2 1:04.258 6 1:04.014 6
5 77 Valtteri Bottas Mercedes AMG 5 1:04.563 6 3 1:04.376 7 1:04.049 6
6 10 Pyer Qasli AlphaTauri 9 1:04.841 9 4 1:04.412 6 1:04.107 6
7 22 Yuki Tsunoda AlphaTauri 14 1:04.967 9 8 1:04.518 6 1:04.273 6
8 5 Sebastyan Fettel Aston Martin 10 1:04.846 9 7 1:04.493 5 1:04.570 6
9 63 Corc Rassell Williams 12 1:04.907 6 10 1:04.553 6 1:04.591 3
10 18 Ləns Stroll Aston Martin 13 1:04.927 9 9 1:04.547 6 1:04.618 6
11 55 Karlos Sayns Ferrari 6 1:04.596 9 11 1:04.559 6
12 16 Şarl Lekler Ferrari 11 1:04.906 9 12 1:04.600 6
13 3 Daniel Rikkardo McLaren 15 1:04.977 9 13 1:04.719 6
14 14 Fernando Alonso Alpine 3 1:04.472 3 14 1:04.856 6
15 99 Antonio Covinatsi Alfa Romeo 7 1:04.782 9 15 1:05.083 6
16 7 Kimi Rəykkönen Alfa Romeo 16 1:05.009 9
17 31 Esteban Okon Alpine 17 1:05.051 6
18 6 Nikolas Latifi Williams 18 1:05.195 6
19 47 Mik Şumaxer Haas 19 1:05.427 9
20 9 Nikita Mazepin Haas 20 1:05.951 9
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*