K.Horner: Bir dövrə lazım idi

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, bir dövrə də olsa, Peres Lekleri keçəcəkdi.

F-1.az xatırladır ki, meksikalı sürücü Əbu Dabi yarışında təkərləri yaxşı qoruya bilməyib və əsas rəqibi Leklerdən fərqli olaraq iki pit-stoplu strategiya seçib. Buna görə də Leklerlə fərqi 1 saniyəyə endirsə də, sonda üçüncülüklə barışıb. Buna görə də çempionatdakı ikinci yeri də monakolu pilota uduzub.

Kristian Horner: “Radiodan ön təkərlərin öldüyünü dedi. Bu sazlanmaya görə idi ya sürmə tərzindəndir bilmirəm. Bunu təhlil edəcəyik. Ferrari isə erkən pitlə önə keçmək istəyirdi.

Çekonu pitə çağırdıq və ondan sonra onun problemi bu təkərlərlə sona qədər gedə bilmək idi. İkinci pitində isə seçim qarşısında qaldıq. Ya sona qədər o təkərlə gedəcəkdi ya da təzə təkərə keçib hücum rejimini seçəcəkdik. Biz hücumu seçdik. Məncə, bir dövrə də olsa, Lekleri keçərdi.

Sonda temp itirib hədəf olmaqdansa, hücuma keçən tərəf olmağı seçdik. Bəlkə Həmiltonu tez keçsə, daha yaxşı olardı. Çoxlu bəlkələrimiz və mane olan dövrəvi sürücülərimiz var. Çox yaxın idik.

Şarlı təbrik edirəm. Bu il əl sürdü və çox vaxt bəxti gətirmədi. O, güclü və dürüst sürücüdür”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*