17 Noyabr 2019, Bazar - 01:43

K.Uilyams: “Atam əsəbi deyil”

K.Uilyams: “Atam əsəbi deyil”

Müəllif: Rauf Hacıyev, redaktor

16:46 - 14 Avqust, 2019

Williams komandasının rəhbər köməkçisi Kler Uilyams bildirib ki, atası Frenk Uilyams komandanın indiki vəziyyətinə görə əsəbi deyil.

F-1.az xatırladır ki, Formula1-in ən titullu ikinci komandası keçən il tarixində ilk dəfə çempionatı sonuncu yerdə tamamlayıb və bu il də eyni uğursuzluğu təkrarlamağa yaxındır. Britaniya təmsilçisi son 15 ildə sadəcə iki dəfə (2014,2015) mövsümü üçlükdə tamamlayıb.

Kler Uilyams: “Frenk artıq komandaya liderlik edə bilmir. Ona hər şey barədə məlumat verirəm O, vəziyyətimizi əla başa düşür. O da komandanın başında olanda çətin günlər keçirib.İnsanlar düşünür ki, atam indi əsəbidir. Lakin o, Formula1-də enişləri və yoxuşları görüb. Buna görə də eealist davranır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 94
Teqlər , ,
Paylaş

logo