K.Uilymas: “Günahkarı tanıyırıq”

Williams komandasının rəhbər köməkçisi Kler Uilyams 2019-cu il bolidinin gecikməsinə görə heç kimi günahlandırmayacaq.

F-1.az xatırladır ki, FW42 testlərin üçüncü gününün ikinci yarısında trasa çıxa bilib və deyilənə görə, boliddə çatışmayan detallar var. Bəzi iddialara görə, boliddə bəzi detallar vaxtında istehsal edilməyib, ya da maşının konstruksiyası səhv yığıldığı üçün bəzi detallar yenidən yığılıb və buna görə də gecikmə yaşanıb. Bu səbəbə görə komandanın texniki direktoru Pəddi Lounun qovulacağı deyilir.

Kler Uilyams: “Düzünü desəm, bu iddialara qulaq asmadım. Belə hallarda həmişə şaiyələr çoxalır. Lakin biz heç kimi günahlandırmarıq. Oyunun adı bu deyil və enerjinizi buna fokuzlamamalısınız. Birlikdə olmalıyıq və bolidi niyə çatdırmadığımızı anlamalıyıq. Beləliklə, səhvlərimizdən nəticə çıxara bilərik.

Gecikmənin bir neçə səbəbi var. Təfərrüatlara girmək istəmirik. Sadəcə öz təhlilimizə ehtiyacımız var. Hazırda əsas olan bolidi buraya gətirməyimizdir. İndi isə problemlərə baxmaq üçün vaxt ayıra bilərik. Əsas günahkarları bilirik. Günahkar deyəndə gecikməyə səbəb olan funksiyaları nəzərdə tuturam. Lakin bunları müzakirə etmək istəmirik. Hər şeyi açıq formada deməyəcəyik. Bu, düzgün olmaz. Əvvəlcə bazada bütün təhlilləri aparmalı və bunun yenidən yaşanmayacağına əmin olmalıyıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*