K.Uilyams: “Özümü tanıdım”

Williams komandasının rəhbər köməkçisi Kler Uilyams bildirib ki, əksəriyyət onun vəzifədən getməsini istəyir.

F-1.az xatırladır ki, Formula1-in ən titullu ikinci komandası artıq 2 ildir ki, turnir cədvəlinin zirzəmisindön qurtula bilmir. Əksəriyyət bütün uğursuzluqların səbəbi kimi hazırda komandaya rəhbərlik edön Kler Uilyamsı görürlər.

Kler Uilyams: “İnsanlar tez-tez məndən soruşur ki, atanın hazırkı vəziyyəti necədir? Hamı gözləyir ki, mən neqativ cavab verim. Lakin elə deyil. Frenk bilir ki, Formula1 çətindir. Bu mövsüm komandadakı hər kəs üçün çətin oldu. Problemlərlə boğuşduq, amma həmişə dedim ki, xarakterinizi ən çətin anlarda idarə etməlisiniz. Yolunuza daşlar çıxırsa, təslim olmayın və davam edin. Bu, atamın nəsihətlərindən biridir. O da çətin dövrlərdən keçib.

Bu il komandada çox şey dəyişdirdik. Daha əvvəl Williams-da belə şey olmamışdı. Artıq bazamız yenilənibdir. Keçən il isə bərbad idi. İnsanlar nəticələrə baxaraq bizi mühakimə edirlər. Lakin səhnə arxasında nələr olduğunu bilmirlər. Artıq Williams-ın bir şansı var. İki addım qabağa getmək üçün bir addım geriyə getməli olduq. Bolidin dizayn fəlsəfəsini dəyişdirmək üçün gördüyümüz işlər yavaş-yavaş bəhrəsini verir. Komanda yüksəlişdədir.

Son iki ildə özüm barədə çox şey öyrəndim. Düşündüyümdən daha güclüyəm. Əslində atam çox dəstək oldu və özümün potensialını gördüm. İnsanlar vəzifəmi tərk etməyimi istəyirlər, ancaq getməyəcəm. Atam işlərimlə fəxr edir və təslim olmayıb. Williams təslim olmaz. Bizim genimizdə bu, yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*