Williams 2020-ci il heyətini hələ açıqlamayacaq

Williams komandasının rəhbər köməkçisi Kler Uilyams 2020-ci ilin sürücü heyətini açıqlamağa tələsmir.

F-1.az xatırladır ki, Formula1-in ən titullu ikinci komandasının heyəti debütant Rassell və 9 ildən sonra Formula1-ə qayıdan Robert Kubitsadan ibarətdir. Lakin polşalı sürücünün gənc komanda yoldaşının performansına cavab verə bilmir. Buna görə də əksəriyyət onun komandadan göndəriləcəyini düşünür.

Kler Uilyams: “Roberti bu mövsüm dəyişdirməyəcəyik. Çıxan xəbərlər bizi məyus edir. Çünki komandadaxili vəziyyəti bilmədən danışmaq doğru deyil. Robertlə münasibətimiz yaxşıdır. Bolidi təkmilləşdirmək üçün nələrin lazım olduğunu bilir. Bir az məyusdur, çünki istədiyi performansı göstərə bilmir və mövsümün yarısı geridə qalıb. Gələn il barədə danışmaqçün tezdir. Qərar verəcək vəziyyətdə deyilik. Mövsümün sonuna qədər də belə olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*