Williams Lavazza ilə müqavilə bağlayıb

Williams komandası Nikolas Latifinin sponsoru olan Lavazza ilə müqavilə bağlayıb.

F-1.az xatırladır ki, 1895-ci ildə Turində qurulan Lavazza şirkəti 2016-cı ildən etibarən Latifinin sponsorudur. Buba görə də kanadalı sürücü özü ilə birlikdə kofe istehsalçısını da Williams-a gətirib. Beləliklə, Lavazza-nın loqotipləri FW43-ün üzərində olacaq. İtaliyalı şirkətin loqotipləri həm də komandanın boksunda, qonaq otağında və sürücülərin geyimlərində olacaq.

Kler Uilyams: “Lavazza və Williams ortaq dəyərlərə sahibdirlər. Yeni mövsümdə Lavazza ilə işləməkçün səbirsizlənirəm və onlara Formula1-ə xoş gəldiniz deyirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*