14 Noyabr 2019, Cümə axşamı - 18:03

K.Uilyams: “Dennisin getməsi F1-də böyük bir eranın başa çatması deməkdir”

K.Uilyams: “Dennisin getməsi F1-də böyük bir eranın başa çatması deməkdir”

Müəllif: Rauf Hacıyev, redaktor

13:24 - 06 Dekabr, 2016

Williams komandasının rəhbər köməkçisi Kler Uilyams bildirib ki, Ron Dennisin McLaren-dən getməsi idman üçün böyük itkidir.

F-1.az xatırladır ki, Ron Dennis 1980-ci ildən bəri McLaren-də işləyirdi və britaniyalılar bu müddətdə 7 dəfə mühəndislər, 10 dəfə isə sürücülər çempionatının qalibi olmuş, eyni zamanda avtomobil və texnologiya qrupuna çevrilmişdi. McLaren-dən daha çox Mühəndislər Kubokunu qazanan komandalar isə Ferrari və Williams-dır. 1984-1998-ci illərdə McLaren və Williams cəmi bir dəfə (1995-ci ildə Benetton) Mühəndislər Kubokunu qazana bilməyiblər.

Ron Dennis McLaren-in səhmdarları tərəfindən müqaviləsi bitənə qədər təqaüdə yollanıb. Dennisin McLaren Group-da 25 faiz səhmləri olsa da, artıq şirkətin idarə heyətində söz sahibi olmayacaq.

Kler Uilyams: “Bizim idmana bu qədər əmək verən və faydalı olan bir adam heyif oldu. Williams və McLaren bir-birinə əzəli rəqib olsalar da, Ron və Frənk arasında həmişə yaxşı münasibət olub. Ronun ayrılmağı bir dövrün bitdiyini göstərir.

Nələrin baş verdiyini bilmirəm və mənə maraqlı deyil, amma Ron kimi bir adamı itirmək Formula1 üçün pis olacaq. Yeni komanda rəhbərlərinin də görəcəyi çox iş var, amma Ron hələ də bu işi yaxşı bilir.

Ron tərkibində 3500 adam işləyən milyard dollarlıq avtomobil və texnologiya şirkətini, eyni zamanda uğurlu Formula1 komandalarından birini yaradan adamdır. Bütün bunlar Ronun əsəridir və onun əlindən ala bilməzsiniz!”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 780
Teqlər , , , , ,
Paylaş

logo