Williams Honda mühərriyinə keçir?

Williams komandasının rəhbər köməkçisi Kler Uilyams keçmişdə Honda ilə olmuş tərəfdaşlıqdan danışıb.

F-1.az bildirir ki, bəzi iddialara əsasən, Britaniya komandası ilə Mercedes arasında münasibətlər gərgindir.

Xatırladaq ki, Williams komandası ilə Honda 1983-1987-ci illərdə tərəfdaşlıq etmiş və 23 qələbə qazanmışdı – son ildə Nelson Pike titula sahib çıxmışdı. 2015-ci ildə McLaren-lə idmana qayıdan yaponiyalı istehsalçı ilk 3 ildə bərbad nəticələr göstərsə də, bu il Toro Rosso ilə fanatlarını ümidləndirib.

Kler Uilyams: “Honda ilə gözəl keçmişimiz olub və buna görə də onlarla danışıqlara başlaya bilərik. Amma əvvəlcə onların vəziyyətinə baxmalıyıq. Keçmişdə çoxlu uğurlar qazansaq da, gələcək üçün gözləməliyik.

Mercedes-dən razıyıq. Ancaq gələcəkdə nə baş verəcəyini bilmək olmaz. Hədəflərimiz var. İstehsalçı komanda deyilik və buna görə də seçimlərə baxmalıyıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*