Martini idmandan gedir

Martini şirkəti Williams komandası ilə beşillik tərəfdaşlığını bu ilin sonunda bitirəcək.

F-1.az xatırladır ki, Martini şirkəti 2014-cü ildə Williams komandasının titul sponsoru olaraq məşhur ağ, mavi və qırmızı rəng çalarını Formula1-ə gətirmişdi. Lakin Martini-nin sahibi Bacardi Group artıq Formula1-dən çəkilmək qərarı alıb.

Kler Uilyams: “Müqaviləni uzatmaq istədik. İki tərəf də buna razıdır, amma Bacardi Group bizə bildirdi ki, müqavilələri bitdikdən sonra idmandan tamamilə ayrılmaq istəyirlər. Başqa markaları dəstəkləməlidirlər və zaman keçdikcə hədəfləri dəyişir”.

Xatırladaq ki, bu rəng çaları daha əvvəl 1975-ci ildə Brabham-da, 1979-cu ildə Lotus-da görünmüşdü…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*