L.Stroll: “İdealım Şumaxerdir”

Gələn il Williams komandası ilə Formula1-də debüt etməyə hazırlaşan Ləns Stroll bildirib ki, onun idealı Mixael Şumaxerdir..

F-1.az xatırladır ki, Felipe Massa mövsümün sonunda təqaüdə çıxacaq və Williams komandası braziliyalının əvəzinə Strollu gətirmək istəyir.

Kanadalı sürücü hazırda Britaniya təmsilçisinin heyətində developer sürücü vəzifəsindədir. Bundan başqa, 17 yaşlı sürücü bu mövsüm Avropa F3 seriyasının qalibi olub.

Lənsin atası Lourens isə bildirmişdi ki, oğlu gələn ildən etibarən Formula1-də yarışacaq.

Kanadalı sürücü bildirib ki, onun ən böyük idealı Mixael Şumaxerdir: “Qətiliklə deyə bilərəm ki, Formula1-də yarışmaq çətin olacaq. Məni böyük bir mübarizə gözləyir. Amma mən buna hazıram.

Balaca olanda Mixaeli izləyirdim və idealım o idi. O, mənə həmişə ilham verib. Mənim hədəfim Formula1-də yarışmaq olub, amma İndyCar-ı çox sevirəm. Digər seriyaları da izləyirəm, amma Formula1 birinci hədəfimdir. Bütün seriyaların özünə xas xüsusiyyətləri var. Hamısı mükəmməldir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*