K.Uilyams: “İki bolidlə də xal almağı gözləmirdik”

Williams komandasının rəhbər köməkçisi Kler Uilyams bildirib ki, bərbad sıralanma turundan sonra iki sürücü ilə də xal almaq onlar üçün gözlənilməz olub.

F-1.az xatırladır ki, Felipe Massa sıralanma turunda 17-ci, Ləns Stroll isə 18-ci yeri tutmuşdu. Bu da Williams komandasının 2014-cü il Britaniya Qran Prisindən sonra ən bərbad sıralanma turu olmuşdu.

Lakin startda Kvyat, Alonso və Ferstappenin insidentindən istifadə edən Massa ilə Stroll birinci dövrədən sonra 9-cu və 10-cu yerlərə yüksəliblər və yarışın sonuna qədər yerlərini qoruyublar. Beləliklə, britaniyalılar bu mövsüm ilk dəfə hər iki sürücü ilə xal qazana biliblər.

Kler Uilyams: “Bu nəticə doğrudan da təəccüblüdür. Çox xoşbəxtəm, çünki sürücülərimiz birinci sessiyadan etibarən çox çətin həftəsonu keçirdilər. İki bolidlə də xal almaq gözlənilməz nəticədir. Alonso, Maks və Kvyatın startdakı insidenti yüksəlməyimizə səbəb oldu. Amma hər ikisi də çox yaxşı start aldı. Daha sonra ikisi də əla yarışdılar və mühəndislərimiz də yaxşı işlədilər”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*