F.Massa: “Daha yaxşı nəticə qazana bilərdik”

Felipe Massa karyerasının sonuncu sıralanma turundan daha yaxşı nəticə almaq istədiyini və məyus olduğunu deyib.

F-1.az xatırladır ki, braziliyalı sürücü Əbu Dabidə karyerasının 250-ci və sonuncu yarışına çıxacaq. 35 yaşlı sürücü sıralanma turunda son sessiyaya qalsa da, 10-cu yeri tutub.

Felipe Massa: “Gözlədiyimiz nəticə olmadı, amma əlimizdən heç nə gəlmir. Sözün açığı, təkərlərə görə çətinlik çəkdik. Xüsusən də, son sessiyada istədiyim tempi tuta bilmədim və geridə qaldıq. İkinci sessiyada yaxşı dövrə atdım. Eyni tempi üçüncü sessiyada da gözləyirdim, amma alınmadı. Sabahkı yarışda daha yaxşı nəticə almaq üçün əlimizdən gələni edəcəyik.

Mənə Force İndia-nın yarış tempi maraqlıdır. Sıralanma tempində sürətli idilər, amma yarışda nə baş verəcəyini bilmirik. Bolid SuperSoft təkərlərlə güclü idi. Məncə, strategiyamızı bunun üzərinə quracayıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*