P.Simonds Williams-ın texniki deparetamentinə başçılıq edəcək

Williams komandası Pət Simondsun komandanın texniki departamentinə başçı təyin olunmasın elan edib. Bu gün səhər Marussia komandasını tərk etmiş Formula1-in […]

Williams komandası Pət Simondsun komandanın texniki departamentinə başçı təyin olunmasın elan edib. Bu gün səhər Marussia komandasını tərk etmiş Formula1-in veteran mühəndisi yeni vəzifəsinin icrasına avqustun 19-dan başlayacaq.

Simonds 30 ildir Formula1-dədir, bu illər ərzində məşhur komandalarda ən güclü sürücülərlə işləyib. Karyerasına hələ Toleman-da başlayıb, amma ilk uğurlarını komanda Benetton və daha sonra Renault adlananda əldə edib.

Mixael Şumaher və Fernando Alonso sayəsində mühəndis 32 Qran Pri, 4 titul və 3 Mühəndislər Kuboku qazanıb. 2009-cu ildə Formula1-dən uzaqlaşdırılan Pət öz işini açaraq avtoidmanda məsləhətlər verməyə başlayıb, son iki ili isə Marussia komandasında texniki məsləhətçi kimi keçirib.

Bu təyinatı şərh edən Williams komandasının təsisçisi və başçısı Frənk Uilyams deyib: “Mənə xoşdur ki, Pət bizim komandaya qoşulurş Onun mühəndis qabiliyyəti və idman uğurları hamıya məlumdur və mən tərəddüd etmirəm ki, onun bilik və istedadı Williams kollektivinin uğur qazanmasına xiddmət edəcək.”

Pət Simonds: “Williams – əfsanəvi komandadır, hamıya məlumdur ki, komanda daim zirvəyə qalxmağa can atır. Mənim üçün komandanı zirvəyə qaytarmaqda iştirak etmək böyük şərəf olacaq. Ser Frənk, Kler Uilyams yeni uğurlar qazanmaq üçün gözəl bünövrə qoyublar.”

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*