F.Uilyamsın varisi Vürs ola bilər

Artıq birinci il deyil ki, Formula1 aləmi Williams komandasının başçısı postunda Frənk Uilyamsa əvəzedici və varis axtarır. Son illərdə bu […]

Artıq birinci il deyil ki, Formula1 aləmi Williams komandasının başçısı postunda Frənk Uilyamsa əvəzedici və varis axtarır. Son illərdə bu vəzifəyə bir neçə namizəd dəyişib, yalnız keçən il Adam Parr və Toto Volff real namizdə sayılsalar da, hər ikisi komandanı tərk edib.

Avstriyanın Motorsport Magazin jurnalı güman edir ki, Frənki keçmiş Formula1 sürücüsü Alek Vürs əvəz edə bilər – vaxtılə komandanın şərəfini qorumuş sürücü keçən il komandanın sürücülərinə məsləhətçilik edirdi. Jurnalın müxbiri Kristian Menatın fikrincə, avstriyalı sürücü komandaya gözəl başçılıq edərdi…

Kristian Menat: “Mən Vürsü komandanın başında çox asanlıqla təsəvvür edə bilirəm. Williams-a lazım olan hər bir şey onda var – təcrübə, komandanın hər bir əməkdaşı ilə əla münasibət, işgüzar yanaşma və komandanın dəqiq inkişaf planı…”

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*