H.Kovalaynen Marussia-ya keçə bilər

Finlandiyalı sürücü Heykki Kovalaynen Marussia komandasında Luis Razianı əvəz edə bilər – bu barədə MTV3 telekanalının şərhçisi Oskari Saari etibarlı […]

Finlandiyalı sürücü Heykki Kovalaynen Marussia komandasında Luis Razianı əvəz edə bilər – bu barədə MTV3 telekanalının şərhçisi Oskari Saari etibarlı mənbəyə istinadən xəbər verib. Xatırladaq ki, Razianın sponsor ödəmələri ilə bağlı problemləri üzə çıxıb və braziliyalı sürücü keçən həftə Barselona testlərini buraxmalı olmuşdu.

Oskari Saari: “Əgər Heykki Marussia-ya keçərsə, mən çox təəccüblənəcəm, amma bu, Formula1-dir, burda isə hər şey ola bilər. Ehtimal var ki, şənbə günü Heykki MR02-nin sükanı arxasına oturacaq, onun üçün oturacaq artıq hazırlanıb…”

Marussia bu gün başlayan sonuncu testlərdə sürücülərin iş qrafikini hələ dərc etməyib, deyilənə görə, ilk iki günü Maks Çilton trasda işləyəcək – son iki günü isə ya Razianı, ya da yeni sürücünü trasda görəcəyik. Amma Kovalaynen əvvəllər də bildirmişdi ki, çempionatda çıxışı üçün pul ödəməyəcək…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*