Williams təslim olmayacaq

Williams komandasının rəhbər köməkçisi Kler Uilyams bildirib ki, yayda gətirəcəkləri yeniliklərlə güclənə bilərlər.

F-1.az xatırladır ki, britaniyalılar bu il qış testlərinə gecikib və mövsümə pis başlayıblar. 6 yarışdan sonra yeganə xalsız komanda olan Williams bu mövsüm inkişafı dayandırmaq fikrində deyil.

Kler Uilyams: “Artıq tunelin sonundakı işığı görə bilirik. Hamımız bilirik ki, sürətlənmək üçün vaxt lazımdır. Bazada yaxşı işlər görülür və insanlar bunları görmürlər. Aerodinamik boruda qızğın iş gedir və növbəti yarışlara gətirəcəyəmiz yeniliklərlə performansımız arta bilər.

Bu il zəifik deyə mövsümü boşa verə bilmərik. Williams komandasında belə şey olmayıb. Hazırda doqquzuncu yerdə olan komanda ilə fərqi bağlayırıq və növbəti yarışlarda onları keçməyə çalışacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*