23 İyul 2019, Çərşənbə axşamı - 05:06

İtaliya Qran Prisi: Yarış

İtaliya Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:21 - 29 Sentyabr, 2012

Quru. Günəşli. Havanın temperaturu +28° C, trasın temperaturu +41° C Monsanın əfsanəvi trası aerodinamikaya tələbkar deyil, amma maksimal sürət tələb […]

Quru. Günəşli. Havanın temperaturu +28° C, trasın temperaturu +41° C

Monsanın əfsanəvi trası aerodinamikaya tələbkar deyil, amma maksimal sürət tələb edir ki, sıralanma turunda qüvvələr nisbətinə təsir edir. Dünən axşam bir çox maşınlara sürət çatmırdı, düz yolda DRS-dən istifadə zamanı motor məhdudiyyətlə çalışırdı.

Poulu Lyuis Həmilton qazanmışdı, Censon Batton komanda yoldaşına azca uduzmuşdu, ikinci cərgədən isə Massa və Şumaher start alacaqdılar. Stabilizatorun nasazlığı üzündən çempionatın lideri dünən onuncu olmuşdu.

Roman Qrojan Spadakı insidnetə görə yarışa buraxılmamışdı, onu Jerom D’Ambrozio əvəz edib, iki sürücü startda yer itirib: Pastor Maldonado Spada falstarta və Timo Qloka insidentə görə 10 yer, Pol di Resta isə ötürmələr qutusunun dəyişməsinə görə 5 yer.

Monsa trası ötməyə imkan verir, amma son 5 ildə poulun sahibi 4 dəfə qələbə qazanıb – yalnız 2009-cu ildə Həmilton pouldan start alsa da, qələbəni Rubens Barrikello bayram etmişdi.

Peres, D’Ambrozio, Hülkenberq və Maldonado starta Hard təkərlərlə çıxıblar, digər sürücülər isə Medium-u seçiblər. Startda ciddi insident baş verməyib. Həmilton poulun üstünlüyünü qoruyub, Massa Battonu qabaqlayıb və hətta birinci döngədə Lyuisə də hücum edib, amma britaniyalı sürücü öndə qala bilib. Uebber Pereslə təmas yaşayıb və 3 mövqe itirib, Rosberq 5 mövqe itirib, Alonso isə 4 mövqe qazanıb. 2-ci dövrədə ilk onluq: Həmilton – Massa – Batton – Şumaher – Fettel – Rəykkönen – Alonso – Kobayaşi – di Resta – Senna.

Həmilton Massadan uzaqlaşmağa başlayıb, 4-cü dövrədə Fettel Şumaheri qabaqlayıb, 5-ci dövrədə Alonso Rəykköneni, bir dövrə sonra isə Şumaheri keçib və beşinciliyə yüksəlib. 8-ci dövrədə Vern trasdan çıxaraq mübarizəni dayandırıb. 10-cu dövrədə Uebber di Restanı qabaqlayaraq ilk onluğa düşüb.

13-cü dövrədə Maldonado pit-stoplar dalğasaına start verib: 14-cü dövrədə Rosberq, 15-ci dövrədə Şumaher boksa gediblər. Peres Rəykköneni keçib və Kimi dərhal pit-leynə yönəlib. 18-ci dövrədə Batton Massanı qabaqlayaraq itirdiyi mövqeyini geri qaytarıb və Felipe də təkərləri dəyişməyə yollanıb. 20-ci dövrədə Fettel, Alonso və Kobayaşi, 21-ci dövrədə Uebebr və di Resta, 22-ci dövrədə Batton, 23-cü dövrədə Həmilton mexaniklərinə qonaq olublar.

Yarışa Serxio Peres başçılıq edib – Sauber ilk pit-stopu maksimum uzadıb, amma 29-cu dövrədə Həmilton meksikalı sürücünü qabaqlamaqla liderliyi özünə qaytarıb, Alonso isə ikinci cəhddən Fetteli qabaqlayıb – birinci cəhdi zamanı Fettel Alonsonu trasdan çıxmağa məcbur edib və stüardlar almaniyalı sürücünün pit-leyndən keçməklə cərimələyiblər. 29-cu dövrədə Peres yeganə pit-stopunu gerçəkləşdirib. 30-cu dövrədə ilk onluq: Həmilton – Batton – Massa – Alonso – Fettel – Şumaher – Rəykkönen – Peres – Rosberq – Uebber.

33-cü dövrədə Battonun maşını sürətini itirib – britaniyalı sürücü yarışı dayandırmalı olub. 34-cü dövrədə cəriməsini çəkməyə yollanan Fettel trasa 9-cu qayıdıb. 35-ci dövrədə Peres Rəykköneni qabaqlayıb – sürücülər arasında bir neçə dəfə mövqe qəyişikliyi olub, sonda Serxio öndə qala bilib. 36-cı dövrədə ilk onluq: Həmilton – Massa – Alonso – Şumaher – Peres – Rəykkönen – Rosberq – Uebebr – Fettel – di Resta.

37-ci dövrədə Şumaher sonuncu dəfə pit-stop keçirib, Rosberq Rəykköneni qabaqlasa da, növbəti dövrədə pitə yollanıb. Alonso problemsiz Massanı qabaqlayaraq ikinciliyə yüksəlib. Daha təzə təkərlərlə olan Peres isə sürətlə Massaya yaxınlaşıb və 43-cü dövrədə onu qabaqlayıb. 46-cı dövrədə isə meksikalı sürücü Alonsonu da arxada qoyaraq Həmiltonu təqib etməyə başlayıb.

48-ci dövrədə Fettelin maşınında növbəti generator sıradan çıxıb və almaniyalı sürücü mübarizədən kənar qalıb. Elə həmin dövrədə Şumaher Uebberi qabaqlayıb. 49-cu dövrədə Rosberq di Restanı keçib. 50-ci dövrədə Uebber yerində fırlanıb, bir az sonra isə maşın sürətini itirib – Red Bull komandası mövsümdə birinci dəfə xalsız qalıb. Hülkenberq də maşınını boksda saxlayıb.

Peres Həmiltonla fərqi minimuma endirsə də, britaniyalı sürücü finişdə birinci olub və karyerasında 20-ci, mövsümdə isə 3-cü qələbəsini qazanıb.

Serxio Peres isə ikinci olmaqla mövsümdə 3-cü dəfə podiuma qalxıb. Alonso da podiumlarının sayını artırıb. Mövsümün Avropa yarışlarıa arxada qalıb, iki həftədən sonra bizi maraqlı Sinqapur gecə yarışı gözləyir…

YerPilotKomandaMotorVaxt
01L.HəmiltonMcLarenMercedes1.19:41.221
02S.PeresSauberFerrari+ 0:04.356
03F.AlonsoFerrariFerrari+ 0:20.594
04F.MassaFerrariFerrari+ 0:29.667
05K.RəykkönenLotusRenault+ 0:30.881
06M.ŞumaherMercedes AMGMercedes+ 0:31.259
07N.RosberqMercedes AMGMercedes+ 0:33.550
08P.di RestaForce İndiaMercedes+ 0:41.057
09K.KobayaşiSauberFerrari+ 0:43.898
10B.SennaWilliamsRenault+ 0:48.144
11P.MaldonadoWilliamsRenault+ 0:48.682
12D.RikkardoToro RossoFerrari+ 0:50.316
13J.D’AmbrozioLotusRenault+ 1:15.861
14H.KovalaynenCaterhamRenault+ 1 dövrə
15V.PetrovCaterhamRenault+ 1 dövrə
16Ş.PikMarussiaCosworth+ 1 dövrə
17T.QlokMarussiaCosworth+ 1 dövrə
18P.de la RosaHRTCosworth+ 1 dövrə
19N.KartikeyanHRTCosworth+ 1 dövrə
20M.UebberRed BullRenault+ 2 dövrə
21N.HülkenberqForce İndiaMercedes+ 2 dövrə
22S.FettelRed BullRenault+ 6 dövrə
C.BattonMcLarenMercedes
J.E.VernToro RossoFerrari

Sürətli dövrə: Niko Rosberq (Mercedes AMG) – 1:27.239 (53-cü dövrə).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01F.AlonsoFerrariFerrari179
02L.HəmiltonMcLarenMercedes142
03K.RəykkönenLotusRenault141
04S.FettelRed BullRenault140
05M.UebberRed BullRenault132
06C.BattonMcLarenMercedes101
07N.RosberqMercedes AMGMercedes83
08R.QrojanLotusRenault76
09S.PeresSauberFerrari65
10F.MassaFerrariFerrari47
11M.ŞumaherMercedes AMGMercedes43
12K.KobayaşiSauberFerrari35
13P.di RestaForce İndiaMercedes32
14N.HülkenberqForce İndiaMercedes31
15P.MaldonadoWilliamsRenault29
16B.SennaWilliamsRenault25
17J.E.VernToro RossoFerrari8
18D.RikkardoToro RossoFerrari4
19H.KovalaynenCaterhamRenault0
20V.PetrovCaterhamRenault0
21J.D’AmbrozioLotusRenault0
22T.QlokMarussiaCosworth0
23Ş.PikMarussiaCosworth0
24N.KartikeyanHRTCosworth0
25P.de la RosaHRTCosworth0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault272
02McLarenMercedes243
03FerrariFerrari226
04LotusRenault217
05Mercedes AMGMercedes126
06SauberFerrari100
07Force İndiaMercedes63
08WilliamsRenault54
09Toro RossoFerrari12
10CaterhamRenault0
11MarussiaCosworth0
12HRTCosworth0

İtaliya Qran Prisi: Yarış

İtaliya Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:07 - 12 Sentyabr, 2011

Quru. Günəşli. Havanın temperaturu +30° C, trasın temperaturu +44° C Builki bir çox yay yarışları soyuq havada keçmişdi, amma Avropanın […]

Quru. Günəşli. Havanın temperaturu +30° C, trasın temperaturu +44° C

Builki bir çox yay yarışları soyuq havada keçmişdi, amma Avropanın son yarışı Monsa +30 dərəcə istidə baş tutub. İsti hava və əfsanəvi avtodromun xarakteristikası təkər istehsalçısını inzibati tədbirlərə əl atmağa məcbur edib: hələ cümə günü Pirelli-nin nümayəndələri FİA müraciət edərək komandaları onların məsləhətlərinə əməl etməyə çağırıblar – iki həftə əvvəl Spada ön təkərlərin şişməsinin Monsada da təkrar olmaması üçün ön təkərlərin şaquli kənarlaşma bucağını təkər istehsalçıları 3.75 dərəcə təyin ediblər.

Rəqiblər əmin idilər ki, məhz Monsada onlar Red Bull-a layiqli müqavimət göstərə biləcəklər, amma şənbə günü Sebastyan Fettel mövsümdə 10-cu poulunu qazanmaqla ikinci olmuş Lyuis Həmiltonu təxminən yarım saniyə qabaqlamışdı.

Startda tribunaları ayağa qaldıran Alonso üç mövqe qazanaraq liderliyi ələ alıb. Liutsi trasdan çıxaraq böyük sürətlə hələ şikanada olan maşınlara çırpılıb: Vitantonio ilə birlikdə Niko Rosberq və Vitaliy Petrov yarışı dayandırıblar. Trasa Təhlükəsizlik Maşını (TM) çıxıb.

Beşinci dövrədə restart verilib. Şumaher elə birinci şikanada Həmiltonu keçib, bir neçə döngə sonra Fettel Alonsonu keçərək liderliyi özünə qaytarıb. Digər Red Bull-Ferrari qarşıdurması isə uğursuz alınıb: Uebber Massanın maşınına çırpılıb və ön antiqanadını itirib, boksa qayıdarkən sonuncu Parabolica döngəsində idarəetməni itirərək yarışı dayandırıb.

Peleton uzanıb və 10-cu dövrədə Fettelin Alonso üzərində üstünlüyü artıq 5 saniyəyə çatıb. İlk beşlikdə yalnız Həmilton və Şumaher gərgin mübarizə aparıblar, amma Mixaelin maşını düzlükdə sürətli olduğu üçün Lyuis onu keçə bilməyib. 13-cü dövrədə britaniyalı sürücü irəli çıxsa da, bir neçə döngədən sonra yenidən mövqeyini itirib. Bu cütlüyə arxadan Batton çatıb – Censon əvvəlcə Lyuisin səhvindən yararlanıb, sonra isə elə birnci həmləsində Mixaeli keçib. Bundan sonra təkərləri tam yeyilmiş yeddiqat dünya çempionu boksa yönəlib.

18-ci dövrədə Batton, 19-cu dövrədə Həmilton McLaren mexaniklərinin qonağı olublar. 20-ci dövrədə Alonso, Maldonado və Senna, 21-ci dövrədə isə Fettel pit-stop gerçəkləşdiriblər – Fettel liderliyini qoruyub, Lyuis isə yenə də Mixaelin arxasına düşüb və duel davam edib.

28-ci dövrədə Həmilton Ascari döngəsində Mixaeli keçib, 31-ci dövrədə Batton Alonsoya hücum məsafəsinə yaxınlaşıb – Fettel bu zaman 14 saniyə üstünlüklə liderlik edib.

34-cü dövrədə Batton, 35-ci dövrədə Alonso və Həmilton, 36-cı dövrədə Fettel Medium təkərlərə keçiblər. Batton ikinci yer uğrunda mübarizədə Alonsonu üstələyib, Fettelin üstünlüyü 15 saniyəni keçib. Liderlə bir dövrədə cəmi 5 sürücü qalıb.

Sebastyan inamlı qələbə qazanıb – 2008-ci ildə burda ilk qələbəsini qazanan Seb bu gün mövsümdə 8-ci, karyerasında isə 18-ci qələbəsinə sevinib. Bu qələbədən sonra çempionatda almaniyalı gənc sürücünün ardıcıl ikinci titul qazanması heç kimdə şübhə doğurmur. Titulun taleyi artıq iki həftədən sonra Sinqapurda həll oluna bilər…

YerPilotKomandaMotorVaxt
01S.FettelRed BullRenault1.26:44.893
02C.BattonMcLarenMercedes+ 0:09.590
03F.AlonsoFerrariFerrari+ 0:16.909
04L.HəmiltonMcLarenMercedes+ 0:17.471
05M.ŞumaherMercedes GPMercedes+ 0:32.677
06F.MassaFerrariFerrari+ 0:42.993
07X.AlgersuariToro RossoFerrari+ 1 dövrə
08P.di RestaForce İndiaMercedes+ 1 dövrə
09B.SennaLotus Renault GPRenault+ 1 dövrə
10S.BuemiToro RossoFerrari+ 1 dövrə
11P.MaldonadoWilliamsCoswort+ 1 dövrə
12R.BarrikelloWilliamsCosworth+ 1 dövrə
13H.KovalaynenTeam LotusRenault+ 1 dövrə
14Y.TrulliTeam LotusRenault+ 2 dövrə
15T.QlokMarussia VirginCosworth+ 2 dövrə
D.RikkardoHispaniaCosworth
S.PeresSauberFerrari
K.KobayaşiSauberFerrari
A.SutilForce İndiaMercedes
M.UebberRed BullRenault
J.D’AmbrozioMarussia VirginCosworth
N.RosberqMercedes GPMercedes
V.PetrovLotus Renault GPRenault
V.LiutsiHispaniaCosworth

Sürətli dövrə: Lyuis Həmilton (McLaren) – 1:26.187 (52-ci dövrə).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01S.FettelRed BullRenault284
02F.AlonsoFerrariFerrari172
03C.BattonMcLarenMercedes167
04M.UebberRed BullRenault167
05L.HəmiltonMcLarenMercede158
06F.MassaFerrariFerrari82
07N.RosberqMercedes GPMercedes56
08M.ŞumaherMercedes GPMercedes52
09V.PetrovLotus Renault GPRenault34
10N.HaydfeldLotus Renault GPRenault34
11K.KobayaşiSauberFerrari27
12A.SutilForce İndiaMercedes24
13X.AlgersuariToro RossoFerrari16
14S.BuemiToro RossoFerrari13
15P.di RestaForce İndiaMercedes12
16S.PeresSauberFerrari8
17R.BarrikelloWilliamsCosworth4
18B.SennaLotus Renault GPRenault2
19P.MaldonadoWilliamsCoswort1
20P.de la RosaSauberFerrari0
21Y.TrulliTeam LotusRenault0
22H.KovalaynenTeam LotusRenault0
23V.LiutsiHispaniaCosworth0
24J.D’AmbrozioMarussia VirginCosworth0
25T.QlokMarussia VirginCosworth0
26N.KartikeyanHispaniaCosworth0
27D.RikkardoHispaniaCosworth0
28K.ÇandhokTeam LotusRenault0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault451
02McLarenMercedes325
03FerrariFerrari254
04Mercedes GPMercedes108
05Lotus Renault GPRenault70
06Force İndiaMercedes36
07SauberFerrari35
08Toro RossoFerrari29
09WilliamsCosworth5
10Team LotusRenault0
11HispaniaCosworth0
12Marussia VirginRenault0

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 344
Teqlər
Paylaş

logo