L.Norris xüsusi dəbilqə ilə yarışacaq

McLaren komandasının sürücüsü Lando Norris bu həftəsonu İtaliyada Valentino Rossidən ilhamlandığı dəbilqə və bot ilə yarışacaq.

F-1.az bildirir ki, britanoyalı sürücü Valentino Rossinin fanatıdır. Buna görə də gənc sürücü Rossinin vətəni olan İtaliyada əfsanəvi sürücünün rəng çalarlarında yarışacaq. Norrisin dəbilqəsində və botunda Rossinin günəş loqotipinin şəkli var.

Lando Norris: “Həmişə istədiyim dizaynı yığıram. Kartinqdə fərqli dəbilqələr, geyimlər və botlardan istifadə etdim, ancaq F1-də bunlar məhduddur. Lakin bəzi yarışlarda xüsusi dəbilqələrdə və botlarda çıxmaq istəyirəm.Valentino ilə bu barədə danışıb icazə aldım”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*