17 İyun 2019, Bazar ertəsi - 16:58

Ş.Lekler komandasına qəzəblidir

Ş.Lekler komandasına qəzəblidir

Müəllif: Rauf Hacıyev, redaktor

19:37 - 25 May, 2019

Ferrari komandasının sürücüsü Şarl Lekler mühəndislər hesablamada səhvə yol veriblər.

F-1.az xatırladır ki, komandası düzgün hesablama apara bilmədiyi üçün Lekler ev trası olan Monakoda sıralanma turunun ikinci sessiyasına çıxa bilməyib.

Şarl Lekler: “Komandadan soruşdum və mənə vaxtın olduğunu dedilər. Onlardan növbəti dəfə bu barədə soruşdum və real cavab ala bilmədim. Mövzu ilə bağlı ətraflı açıqlama ala bilmədim.

Vaxtımız var idi. Tərəziyə çəxmamaq bizə problem yaratmadı. Yanacağımız var idi və sadəcə təkərləri dəyişmək lazım idi. Yəni burada günahım yoxdur.

Ümid edirəm ki, yağış yağar və fürsət yaranar. Yağmasa, darıxdırıcı yarış olacaq. Qəza etmək bahasına olsa da, risk etməliyəm. Ötmələrin çətin olduğu trasda görək nə olur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 76
Teqlər , , ,
Paylaş

logo