Həmilton komanda yoldaşı Rasselli təəccübləndirib

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, Həmiltonun motivasiyasına təəccüblənib.

F-1.az xatırladır ki, gənc Rassell keçən il Mercedes-də ilk mövsümünü keçirsə də, təcrübəli və yeddiqat Dünya Çempionu Lyuis Həmiltonu geridə qoya bilmişdi.

Corc Rassell: “Özümü xüsusi hiss edirəm, çünki Lyuis kimi bir adamın işini yaxından görürəm. Onun barədə bir söz deyə bilərəm: O yaşda olmasına və çoxlu uğur qazanmasına baxmayaraq, çox motivasiyalıdır və bu da təsiredicidir. Hələ də ən yaxşı nəticəni qazanmaq və inkişaf etmək istəyir. Onunla komanda yoldaşı olduğum üçün xoşbəxtəm.

Ən güclü olmaq istəyirəm, titullar qazanmaq istəyirəm. Belə olan halda Həmilton yaxşı komanda yoldaşını haradan taparam?”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*