25 May 2019, Şənbə - 16:27

FİA qaydalara aydınlıq gətirib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:44 - 30 Yanvar, 2009

2005-ci ildə FİA məsrəfləri azaltmaq məqsədilə motorların istifadəsinə məhdudiyyətlər qoymağı qərara aldı. Əvvəl “1 Qran Priyə 1 motor” qaydası tətbiq […]

2005-ci ildə FİA məsrəfləri azaltmaq məqsədilə motorların istifadəsinə məhdudiyyətlər qoymağı qərara aldı. Əvvəl “1 Qran Priyə 1 motor” qaydası tətbiq olunurdu, sonra isə motorların resursunu iki yarışa qədər artırdılar. Bu ildən isə yeni qaydalar qüvvəyə minəcək – indi komandalar mövsümün gedişində cəmi 8 motordan istifadə edə biləcəklər. Bu zaman motorlardan istifadənin ardıcıllığı və davamiyyəti vacib deyil. Cərimə yalnız doqquzuncu və sonrakı motorların istifadəsi zamanı tətbiq olunacaq…

Davamiyyət: Komanda bir motorla bir yarışı da keçirə bilər, bütün mövsümü də. Buliki təqvimdə 17 yarış və 8 motor olduğu üçün orta hesabla bir motor iki yarış məsafəsi keçməlidir. Yalnız bir motor 3 yarış məsafəsinə tab gətirməli olacaq. Amma bundan sonra cümə sərbəst yürüşləri də yarış uik-endinin tərkib hissəsi sayılacaqlar və işlədilən motorlar hesaba alınacaqlar.

Ardıcıllıq: İndi motorlardan ciddi ardıcıllıqla istifadə etmək vacib deyil. Komanda bir mərhələdə bir motordan, növbəti yarışda ikinci motordan istifadə etdikdən sonra üçüncü yarışda yenidən birinci motora qayıda bilər. Qeyd edək ki, uik-endin gedişində də motoru dəyişmək mümkündür. Yəni cümə gününü bir motorla, şənbə və bazar günlərini isə başqa motorla keçirmək olar.

Cərimələr: Komanda mövsümün gedişində cəmi 8 motordan istifadə edə bilər. Hər bir yeni motorun istifadəsi zamanı sürücü startda yer itirməklə cərimə olunacaq. Əvvəllər olduğu kimi – əvəzləmə sıralanma turuna kimi olsa, sürücü startda 10 yer itirəcək, əvəzləmə sıralanma turundan sonra olsa, sürücü start düzümünün sonuna yollanacaq.Cərimə sanksiyaları yalnız əlavə motordan istifadə olunan yarışda tətbiq ediləcək.

Motorların təmiri: Əvvəllər olduğu kimi, bütün motorlar FİA tərəfindən plomblanır, motor üzərində hər hansı bir iş isə FİA-nın texniki nümayəndələrinin nəzarəti altında keçirilir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 305
Teqlər
Paylaş

logo