Berni Ekklstoun: Kiminin gedişi Formula1 üçün problemdir

Kimi Rəykkönenin 2021-ci ilin sonunda idman karyerasını başa vurması bir çox azarkeşi kədərləndirib.

F-1.az xəbər verir ki, Berni Ekklstoun da Kiminin çempionatı tərk etdiyinə görə peşman olanlar sırasındadır. Keçmiş Formula1 rəhbəri hesab edir ki, çempionatda Rəykkönen kimi xarizmatik sürücülər yoxdur.

Berni Ekklstoun: “Kimi heyrətamiz insan və sözün ən yaxşı mənasında əsl yarışçıdır! Əsl sürücünü necə görmək istəyirsiniz – Kimiyə baxmaq kifayətdir O, sadəcə yarışırdı, heç kimə fikir vermirdi və həmişə də öz fikrini bildirirdi.

Kimi gedəndən sonra Formula1-də oxşar personajlar qalmadı, bu, mənim fikrimcə, problemdir. Bir çox yarışçılar düzgün hesab etdiklərini demək və etmək əvəzinə, onlara öyrədilənləri deyən və edən robotlara bənzəyirlər…”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*