19 İyun 2019, Çərşənbə - 11:01

B.Ekklstoun təqvimi 22 yarışadək böyütmək istəyir

B.Ekklstoun təqvimi 22 yarışadək böyütmək istəyir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:44 - 04 Mart, 2013

Londonda dərc olunan işgüzar City A.M qəzeti xəbər yayıb ki, Berni Ekklstoun dünya çempionatının təqvimində yarışların sayını 22-dək artırmaq istəyir. […]

Londonda dərc olunan işgüzar City A.M qəzeti xəbər yayıb ki, Berni Ekklstoun dünya çempionatının təqvimində yarışların sayını 22-dək artırmaq istəyir.

Gələn həftə start alacaq 64-cü dünya çempionatı 19 Qran Pridən ibarətdir, əvvəlcə nəzərdə tutulan Cersi Qran Prisi bir il təxirə salınıb. Buna baxmayaraq Formula1-in kommersiya başçısı komandalarla təqvimin 22 yarışadək artırılması imkanlarını müzakirə etməyə hazırlaşır, çünki 2014-cü ildə Cersi ilə yanaşı Rusiya Qran Prisinin də debütü gözlənilir. Bundan başqa, Ekklstoun Meksika və Tailandla da danışıqlar aparır.

Qəzet yazır ki, Berni tam arxayınlıqla bildirib ki, “əsas odur ki, yarışlar düzgün yerlərdə keçirilir, komandalar 22 Qran Priyə hazır olmalıdırlar…”

Berni əlavə edib ki, Cənubi Afrika yarışın da təqvimə qaytarmaq istəyir, sonuncu dəfə komandalar 1993-cü ildə bu ölkəyə qonaq olublar: “Əgər seçim məndə olsaydı, mən Cənubi Afrika mərhələsini qaytarardım. İstəyirəm ki, yarış Keyptaunda keçsin. Mənə Durbanı məsləhət görüblər, amma düşünürəm ki, Keyptaun daha yaxşıdır.”

Ekklstounun sözlərinə görə, Formula1-də Coş Hillin çıxış etməsini istəyir – Coş (Coşua) ikiqat dünya çempionu Qrəhəm Hillin nəvəsi və dünya çempionu Deymon Hillin oğludur. Çempionatda ilk dəfə iki dünya çempionu olan bir sülalənin 3-cü nəsil nümayəndəsi peyda ola bilər. Yanvar ayında 22 yaşı tamam olmuş Coş bu il Avropa Formula-3 seriyasında çıxış edəcək, seriyanın qalibi Ferrari-nin heyətində testlərdə çıxış etmək hüququ qazanır…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 315
Teqlər , , , , ,
Paylaş

logo