B.Ekklstoun: Mercedes Fetteli dəvət etməlidir

F-1.az xəbər verir ki, Formula1-in sabiq rəhbəri bunu F1-insider resursuna müsahibəsində deyib.

Berni Ekklstoun: “Mercedes indiki vəziyyətdə Sebastian kimi bir alman qəhrəmanı öz tərəfinə çəkməyi düşünməlidir. Bu, komandanın əməkdaşlarına əlavə ruh, emosiya qata bilər və dünyaya müsbət siqnal verər. Fettelin Mercedes-dəki çıxışının reklam effekti möhtəşəm olar.

Onun Ferrari-dən ayrılmasına təəccüblənmədim. Çünki komandanın onunla arasında Şumaxerlə olan sehr, münasibət yox idi. Komanda və rəhbərlik Mixaeli dəstəklədiyi qədər onu dəstəkləmədi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*