Sauber yeni bolidinin təqdimat tarixini açıqlayıb

Bu il Ferrari-nin keçənilki mühərrikləri ilə yarışmağa hazırlaşan Sauber komandası yeni C36 maşınını fevralın 22-də təqdim edəcək. Təqdimat Barselonanın Kataloniya trasında çəkiliş günündə baş tutacaq.

F-1.az xatırladır ki, isveçrəlilər keçənilki ilk qış testlərinə 2015-ci ilin bolidi ilə çıxmışdılar. 2016-cı ilin bolidi C35 isə ikinci testlərdən əvvəl təqdim edilmişdi.

Keçən ilin iyul ayında yeni investorların hesabına gələcəyini təmin edən Sauber komandası FİA-nın çarpma testlərindən uğurla keçmişdi.

Komandalar mövsüm ərzində iki dəfə çəkiliş günü edə bilərlər və bunların hər birində 100 km məsafə qət edə bilərlər. Reqlamentə əsasən komandalar bu cür test günlərində Pirelli-nin nümayiş təkərlərindən istifadə edirlər. İsveçrəlilər yeni C36-nı testlərin başlamasına 5 gün qalmış, təni fevralın 22-də Kataloniya trasında təqdim edəcəklər.

Beləliklə, Sauber və Force İndia yeni bolidlərini eyni gündə təqdim etmiş olacaqlar.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*