25 Avqust 2019, Bazar - 22:25

P.Verlyayn testlərə qatılmayacaq?

P.Verlyayn testlərə qatılmayacaq?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:26 - 07 Fevral, 2017

Mayamidə baş tutan Çempionlar Yarışında Paskal Verlyayn üçtəkərli Polaris Slingshot-un sükanı arxasında ciddi qəzaya uğramışdı – səhəri gün isə Millətlər Kubokunda iştirak edə bilməmişdi.

F-1.az bildirir ki, sürücünün qəza zamanı aldığı zədələr barədə müxtəlif şayiələr gəzir, deyilənlərə görə, söhbət almaniyalı sürücüyə qış testlərində işləməyə mane ola biləcək  onurğa və boyun zədələnməsindən gedir. Lakin Sauber komandası yoxlanılmamış məlumatdan uzaq durmağa çağırıb: “Paskal Verlyayn barədə yayılan şayiələr barədə: tibb testləri hələ davam edir, ona görə də bu barədə xəbərlər yalnız ehtimallara əsaslanırlar. Lazımi vaxtda biz bütün məlumatları təqdim edəcəyik…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 633
Teqlər , ,
Paylaş

logo