L.Həmilton Silverstoun testlərində iştirak etməyəcək?

Lyuis Həmilton İspaniyadakı mövsümiçi testlərdə iştirak etmədi. Britaniyalı sürücü İngiltərənin Silverstoun trasında keçiriləcək ikinci mövsümiçi testlərdə də iştirak etməyəcək...

F-1.az xatırladır ki, bu həftə Barselonada keçirilən mövsümiçi testlərdə Mercedes komandasında birinci gün Rosberqin, ikinci gün isə Okonun trasa çıxması gözlənilirdi. Amma almanlar son anda dəyişiklik etdilər və testlərin ikinci günündə Paskal Verlyaynı trasa çıxardılar.

Qaydalara əsasən 4 gün davam edən mövsümiçi testlərin 2 günündə gənc sürücülər trasa çıxmalıdırlar. Amma qaydalarda gənc sürücü deyildikdə, Rosberq və ya Verlyayn kimi sürücülər nəzərdə tutulmur. Qaydalarda gənc sürücü deyəndə 2 yarışdan çox F1 təcrübəsi olmayan sürücülər nəzərdə tutulur.

Əgər bu həftəki testlərə Okon qoşulsaydı, Həmilton Silverstoun trasındakı testlərdə iştirak edə bilərdi. Ancaq 5 yarışlıq Formula1 təcrübəsi olan Verlyaynın trasa çıxması bu ehtimalları puç etdi.

Beləliklə, Mercedes Britaniya QP-dən sonra keçiriləcək mövsümiçi testlərdə təcrübəsiz sürücülərlə işləməli olacaq.

Xatırladaq ki, Həmilton keçən il də mövsümiçi testlərdə iştirak etməmişdi.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*