L.Həmilton: “Rosberqdən sürətliyəm”

Lyuis Həmilton bildirib ki, problemlərə baxmayaraq, komanda yoldaşı Rosberqi məğlub edə bilər...

F-1.az xatırladır ki, Həmilton sonuncu yarışını 2015-ci ilin ABŞ QP-də qazanıb. Britaniyalı o yarışda Dünya Çempionu titulunu təmin etmişdi. Amma bu mövsüm Həmilton hələ də qalib gələ bilməyib və komanda yoldaşı Rosberqdən 43 xal geridə qalır.

Xatırladaq ki, Həmilton ilk iki yarışda pis start aldığı üçün, sonrakı iki yarışda isə mühərrikdə problem olduğu üçün qələbələri əldən verib.

Lyuis Həmilton: “Mən ondan sürətli olduğumu ilk gündən bilirəm, amma bu heç bir şeyi dəyişdirmir. Ancaq onu məğlub edə biləcək sürətimin olduğunu görmək və bunun tez-tez xatırladılması yaxşıdır.

Bu həftəsonu bolidi qaydasına salmaq üçün çox işlədik və biz sazlanmalarda güclüyük, ancaq Rusiyada da gücümüzü göstərə bilmədik.

Mövsümün bitməsinə hələ çox var və mən bu performansımı göstərməyə davam etsəm, qələbə uğrunda mübarizə apara bilərəm. Mövsümün bitməsinə 17 yarış var və vəziyyəti öz xeyrimizə dəyişə bilərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*