F.Nasr Formula1-də qalacağına əmindir

Sauber komandasının sürücüsü Felipe Nasr Formula1-də ardıcıl 3-cü ili də qalacağına əmindir.

F-1.az xatırladır ki, Nasr 2015-ci ildə Sauber komandasına transfer olunub və debüt yarışında 5-ci yeri tutub. Bu, braziliyalının Formula1 karyerasındakı ən yaxşı nəticədir.

Komandanın yaşadığı maliyyə böhranına görə həm Nasr, həm də Eriksson bu mövsüm tam güclərini göstərə bilməyiblər və xal qazana bilməyiblər.

Felipe Nasr: “Formula1-də qalacağıma əminəm. Amma Sauber-də qalıb-qalacağıma əmin deyiləm. Nələr olacağını görəcəyik. Hazırda bəzi komandalarla danışıqlar aparıram. Sauber-lə də yaxşı münasibətlərim var və asanlıqla gedə bilmərəm.

Bu mövsüm işlər istədiyimiz kimi getdi. Növbədə Braziliya yarışı var. Burada hava şəraiti dəyişkəndir. Əlimizə düşən fürsətlərdən maksimum istifadə edib, xal qazanmaq istəyirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*