10 Dekabr 2018, Bazar ertəsi - 00:18

Mercedes AMG də B.Ekklstounun çıxışlarından narahatdır…

Mercedes AMG də B.Ekklstounun çıxışlarından narahatdır…

Müəllif: Elçin Zodorov, redaktor

12:24 - 06 Mart, 2016

Daimler AG konserninin direktorlar şurasının sədri Diter Tsetşe Berni Ekklstounun dediklərinin Formula1-ə mənfi təsir etdiyini düşündüyü üçün onu tənqid atəşinə tutub.

F-1.az xatırldır ki, Berni Ekklstoun bir neçə gün əvvəl The Daily Mail-ə bildirmişdi ki, Formula1-ə baxmaq üçün pul xərcləməz: “Formula1 ən pis dövrünü yaşayır. Ailəmi yarışa baxmağa aparmaq üçün əsla pul xərcləmərəm. Bir halda ki, böyük ehtimalla Lyuis Həmilton poul qazanacaq və yarışda da qalib gələcəksə, yarışa gedib baxmağın nə mənası var?”

O, eyni zamanda bildirmişdi ki, Mercedes AMG və Ferrari ancaq özlərini düşünür və dəyişikliklərə mane olurlar.

Diter Tsetşe, Daimler AG konserninin direktorlar şurasının sədri: “Mən heç vaxt Cenevrə Avtomobil sərgisidə Mercedes sürməyəcəyimi, müştərilərimə də məsləhət görmədiyimi demərəm. Bir şeyin rəhbərinin və pay sahibinin həmin şey barədə belə danışmasını başa düşmürəm. O, bu fikirdədirsə, bunu öz aramızda müzakirə etməliyik, hamının içində yox”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 417
Teqlər , , , , ,
Paylaş

logo