24 Oktyabr 2019, Cümə axşamı - 04:03

Tailand yarışı 2015-ci ildə keçiriləcək

Tailand yarışı 2015-ci ildə keçiriləcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:01 - 20 Dekabr, 2012

Biz artıq xəbər vermişdik ki, Tailand hökuməti 2014-cü ildə Formula1 çempionatının Qran Prisini qəbul etməyə hazır olduğunu bildirib. Milli federasiya […]

Biz artıq xəbər vermişdik ki, Tailand hökuməti 2014-cü ildə Formula1 çempionatının Qran Prisini qəbul etməyə hazır olduğunu bildirib. Milli federasiya 2014-cü ildə şəhər trasında gecə yarışının keçirilməsi barədə ilkin razılıq əldə edə bilib, amma yarışın keçirilmə vaxtı bir il təxirə salınıb.

Berni Ekklstoun The Wall Street Journal-a müsahibəsində bildirib ki, “onlar 2014-cü ildə yarış keçirmək istəyirdilər, mən isə 2015-ci ili təklif etdim, bizim və onların niyyətlərimiz ciddidir, bu yaxşı fikirdir.”

Məlumatda deyilir ki, Qran Prinin promouter haqqı 27 milyon dollar təşkil edəcək. Tailand hökuməti bu məbləğin 60%-ni ödəyəcək, gözlənilir ki, yerdə qalan məbləği yerli pivə istehsalçısı SinghaRed Bull ödəyəcəklər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 504
Teqlər , , ,
Paylaş

logo