Honda yeni motorun hazır olacağı vaxtı dəqiq bilmir…

F-1.az bildirir ki, Honda Motorsport-un rəhbəri Yusuke Haseqava cümə günü FİA-nın mətbuat konfransında McLaren-in tənqidlərini cavablayıb və vəziyyəti düzəldəcəklərinə söz verib.

Yusuke Haseqava: “Bizə güc qurğusunun etibarlılığını və səmərəliliyini artırmaq lazımdır. Təəssüf ki, komandaya indi rəqabətədavamlı mühərrik verə bilmirik. McLaren-i buna qadir olduğumuza inandıra bilmərik. Biz çox narahatıq. Haqqımızda mənfi fikirlərin səsləndirilməsi təəccüblü deyil. Bizim etməli olduğumuz yeganə şey irəliləyişə nail olmaqdır və buna köklənmişik.

Biz komandaya yeni güc qurğusunu verməyi çox istəyirik, lakin hələ mümkün deyil. Kanadaya gətirə bilmədik, lakin Yaponiyada bazada işlər gedir. Hazır olduqda komandaya təhvil verəcəyik. Bu nə vaxt reallaşacaq? Hələ heç nə vəd edə bilmərəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*