Sauber komandası Honda mühərriyinə keçir?

Britaniya mətbuatının verdiyi xəbərə əsasən, Sauber komandası Ferrari ilə uzunmüddətli tərəfdaşlığından imtina edərək, gələn ildən etibarən Honda mühərriklərinə keçəcək.

F-1.az xatırladır ki, isveçrəlilər 2010-cu ildən bəri Ferrari mühərriyindən istifadə edirlər, ancaq artıq fərqli mühərrik istehsalçısına keçmək istəyirlər. Honda ilə danışıqlar aparan Sauber komandası mart ayından etibarən bu prosesi sürətləndirib və tərəflər artıq uzunmüddətli müqavilə bağlamağa yaxındırlar.

Qeyd edək ki, Sauber komandası bu mövsüm 2016-cı ilin Ferrari mühərriyi ilə yarışır və 3 yarışdan sonra hələ də xal qazana bilməyib. Xatırladaq ki, İsveçrəni təmsil edən komanda keçən ilin iyul ayında Longbow Finance şirkətinə satılmışdı.

Honda isə 2015-ci ildə McLaren komandası ilə Formula1-ə geri qayıtmışdı. Yaponlar ancaq McLaren-i mühərriklə təmin edirlər və ikinci komandaya mühərrik vermək istəsələr, britaniyalıların razılığını almalıdırlar. Amma Honda idmana qayıtdıqdan sonra etibarlılıq cəhətdən ciddi problemlər yaşayır, lakin yalnız McLaren-ə mühərrik verdiyi üçün bu problemləri daha gec həll edir.

Haas komandasının Ferrari mühərriyi istifadə etməsindən sonra Sauber komandasının italyan təmsilçisi ilə münasibəti pisləşib. Üstəlik etibarlılıq problemlərinin də yaranması İsveçrə təmsilçisini lap məyus edib.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*