N.Mazepin: Maraqlı təcrübə olacaq

Haas komandasının sürücüsü Nikita Mazepin bildirib ki, ilk dəfə Türkiyədə canlı Formula1 yarışı izləyib.

F-1.az xatırladır ki, rusiyalı sürücü ilk dəfə İstanbul Parkda yarışacaq.

Nikita Mazepin: “Daha əvvəl burada yarışmamışam və Türkiyədə bizi maraqlı təcrübə gözləyir. Simulyatorda işləmirəm və buna görə də trası ilk dəfə real olaraq tanıyacam. Oraya getmək gözəldir. Həyatımda ilk dəfə canlı Formula1 yarışına Türkiyədə baxmışdım. Atam məni 7-8 yaşlarımda yarışa aparmışdı. Bu həftəsonu həmin xatirələr canlanacaq.

Bu trasda asfaltla ilişmə zəifdir. Lakin Formnula1-in əsas xüsusiyyəti budur – Trasda nə qədər çox sürsən, asfaltla ilişmə o qədər artır. Ümid edirəm ki, əyləncəli olar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*