McLaren Macarıstanda Mercedes mühərriyini test edəcək?

Bəzi iddialara görə, McLaren komandası Macarıstan Qran Prisindən sonra Mercedes şirkətinin güc qurğularını test edə bilər.

F-1.az Yaponiya mətbuatına istinadən xəbər verir ki, McLaren komandası mövsüm bitmədən Mercedes mühərriyini test edəcək. Reqlamentə görə, komandaların mövsümün gedişində mühərrik dəyişdirməsi mümkünsüzdür. McLaren-in Mercedes şirkətinin güc qurğusundan istifadə etməsi üçün bütün komandaların razılığı lazımdır. Xəbərlərə əsasən, McLaren artıq Honda-nın problemlərindən bezib və 2018-ci ildə Mercedes mühərriyinə keçməyə çox yaxındır. Britaniyiyalılar Honda inkişaf edənə qədər Mercedes mühərriyindən istifadə etməyi planlaşdrırlar.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*