FİA Monakoda DRS-dən istifadəni qadağan edə bilər

FİA təhlükəsizlik baxımından Monako Qran Prisində arxa antiqanadın hərəkətli elementindən (DRS sistemindən) istifadəni qadağan etmək üzərində düşünür. Autosport-un bildirdiyinə görə, […]

FİA təhlükəsizlik baxımından Monako Qran Prisində arxa antiqanadın hərəkətli elementindən (DRS sistemindən) istifadəni qadağan etmək üzərində düşünür.

Autosport-un bildirdiyinə görə, bəzi sürücülər Monte Karlo şəhər trasında DRS-in istifadəsinin məqsədəuyğunluğuna şübhə ediblər. Şəhər trası özünəməxsusluğu ilə fərqlənir, birincisi, Monakoda sistemdən effektiv istifadə etmək üçün kifayət qədər uzun düz yol yoxdur, ikincisi, sərbəst yürüşlərdə və sıralanma turunda sistemdən istifadə təhlükəli ola bilər.

Monakoda sıralanma turu təqvimdə ən böyük əhəmiyyət kəsb edir, ona görə də sürücülər sistemdən bəzi sürətli döngələrdə, məsələn, tunelin çıxışında istifadə edə bilərdilər.

Türkiyə uik-endi zamanı federasiya komandalarla və sürücülərlə məsləhətləşməyi planlaşdırır və bu məsələdə son qərar qəbul ediləcək, amma FİA-nın ekspertləri artıq indidən bu sistemi qadağan etməyə meyillidirlər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*