12 Dekabr 2018, Çərşənbə - 21:13

K.Maqnussen: “İl ərzində güclü olacağımıza təminat yoxdur”

K.Maqnussen: “İl ərzində güclü olacağımıza təminat yoxdur”

Müəllif: Rauf Hacıyev, redaktor

09:03 - 01 Aprel, 2018

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, hazırkı performanslarını bütün mövsümə əks etdirmək çətin məsələdir.

F-1.az xatırladır ki. Haas komandasının sürücüləri Kevin Maqnussen və Roman Qrojan Avstraliyada 4-cü və 5-ci yerlərdə getsələr də, pit-stopdakı problemlərə görə hər iki sürücü mübarizəni dayandırmalı olmuşdu.

Kevin Maqnussen: “Avstraliyada güclü bolidlə yarışmaq gözəl idi. Bütün həftəsonu ərzində bolidi sürməkdən həzz aldım. Amma bu performansı Bəhreyndə göstərə biləcəyimizə təminat yoxdur. Bolidi anlamalıyıq. Belə etsək, rəqabətədavamlı ola bilərik. Dediyim kimi yaxşı vəziyyətdəyik. Amma mövsümboyu belə olarıqmı bilmirəm. Bütün komandalar inkişaf edəcəklər və daha yaxşı iş görənlər önə keçəcəklər. Ümid edirəm ki, biz də yaxşı işlər görərik. Güclü olduğumuz həftədən xalsız ayrıldığımız üçün məyusuq. Amma Avstraliyadakı müsbət yönlərimizə görə özümüzü yaxşı hiss edirik. Komanda olaraq qalib gəlib, komanda olaraq məğlub olursunuz. Avtoidmanda belədir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 175
Teqlər ,
Paylaş

logo