Q.van der Qarde: Kevinin performansı təsiredici idi

Sabiq Formula1 sürücüsü Qido Van der Qarde bildirib ki, Kevin Maqnussen 2022-ci ildə təsiredici performans göstərib.

F-1.az xatırladır ki, danimarkalı sürücü 2020-ci ilin sonunda Haas komandasından ayrılmış və özünə komanda tapa bilməmişdi. Lakin 2022-ci ilin əvvəlində Mazepinin getməsi ilə yenidən Haas-a getmişdi.

Lakin Kevin birillik fasiləyə baxmayaraq, 2022-ci ildə yaxşı performans göstərmiş və Bəhreyndə 5-ci yeri tuta bilmişdi.

Qido van der Qarde: “Kevin keçən il hamıya təsir etdi. 2021-ci ildə onunla Le Manda yarışırdım, amma 2022-ci ildə heç kimin gözləmədiyi halda Formula1-ə qayıtdı. Formula1-ə qayıtmamışdan əvvəl qatıldığı testləri xatırlayıram. Əal dövrələr vururdu.

O vaxt onunla mesajlaşırdım və testlərin ikinci günündən sonra mənə tükəndiyini yazmışdı. Boyun əzələləri çox ağrıyırdı. LMP2 maşınından Formula1-ə bolidinə keçəndə belə olur. LAkin mövsüm başlayanda performansından təsirləndim”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*