K.Maqnussen: “Heç nə planlaşdırdığımız kimi getmədi”

Əbu Dabi QP-nin sıralanma turunda 18-ci olan Kevin Maqnussen bildirib ki, cümə günündən etibarən işlər istədikləri kimi getməyib.

F-1.az xatırladır ki, danimarkalı sürücü Renault-nun heyətində son yarışına çıxır. Maqnussen yarışdan maksimum nəticə almaq istədiyini deyib: “Cümə günündən etibarən rəqiblərimizlə eyni tempi tuta bilmədik. Sıralanma turunda da bu hal dəyişmədi və birinci sessiyanı keçə bilmədim.

Üç cəhd etməyi planlaşdırmışdıq, amma gözlənilməz hadisələrə görə bunu reallaşdıra bilmədik. Atdığım dövrə də istənilən kimi olmadığı üçün sıralanma turunu vaxtından əvvəl dayandırmalı oldum. Ümid edirəm ki, sabaha qədər işlər düzələr və rəqabətədavamlı ola bilərik. Renault ilə çıxacağım son yarışda maksimum nəticə almaq istəyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*